FİQURLU QAYALAR

insolyasiya-kimyəvi aşınma və deflyasiya nəticəsində yaranmış, qayalı süxurların parçalanma forması. Soyuq fəsillərdə rütubətin hopması və yayda səthi günəşin qızdırması ilə əlaqədar tərləməsi sayəsində əmələ gəlir. Arid rayonlarda təsadüf edilir. фигурные скалы, каменные истуканы chimney rocks
FİKSİZM
FİNİQLYASİAL
OBASTAN VİKİ
Qayalar
Süxur — Yer qabığını əmələ gətirən bii mineral birləşmədir. Mənşəyinə görə süxurlar müxtəlif qruplara bölünür: Ana süxurları torpaqəmələgətirən süxurlar üçün əsas sayılır, onların üst qatlarından torpaq yaranır. Süxurların xüsusiyyətləri torpağın kimyəvi və fiziki xassələrinə müəyyən qədər təsir göstərir. Qranit üzərində əsasən az münbit torpaqlar əmələ gəlir. Bazalt süxurlar isə münbit torpağın yaranması üçün qiymətli material hesab olunur. Landşaftın, hidroqrafiyanın və bitki örtüyünün xüsusiyyəti dağ süxurlarının xarakteri və formasından asılıdır. Maqmanın yer qabığının dərinliklərində və ya yer kürəsində soyuyaraq qatılaşmasıyla əmələ gələn süxurlara maqmatik süxurlar deyilir. (Məsələn:Qranit, Siyenit, Trakit, Andezit, Latit, Diyorit, Qabro, Obsidian, Monsonit, Perlit, Riolit, Qranodiorit, Bazalt, Harzburgit, Diabaz və s.) Maqmatik süxurlar da özlüyündə 2 qrupa bölünür: Effuziv- Maqma püskürüb yer səthinə çıxaraq aşağı temperatur və toyiq şəraitində soyuduqda yaranan süxurlar İntruziv — maqma yer səthinə çatmayıb yüksək təzyiq şəraitində müəyyəndərinlikdə yavaş-yavaş soyuyub kristallaşaraq yaranan süxurları deyilir. Maqmatik süxurların xarici təsirlər nəticəsində(hava, su, külək və s.) kiçik parçalara bölünməsilə meydana gələn süxurlara deyilir. (Məsələn:Qumdaşı, Gildaşı, Konqlomera və s.) Sedimental süxurların növləri: Mexaniki Sedimentar süxurlar Kimyəvi Sedimentar süxurlar Üzvi Sedimentar süxurlar Metomorfik süxurlar — yerin daxilində olduğu yerdəcə çöküntü süxurlarından yaranmışdır.
Fiqurlu konkisürmə
Fiqurlu konkisürmə — musiqinin müşayiəti ilə ediləcək rəqsin, ya da nümayişin mövzusuna uyğun kostyumlarla reallaşdırılan idman növü. Yarışma məcburi hərəkətlər və sərbəst fiqurların bir kombinasiyasından meydana gəlir. Qış Olimpiya idman növlərinə daxildir. Avropa çempionatı, Dünya çempionatı, Dörd Qitə çempionatı və İSU Grand Prix yarışmaları kimi yarışlar təşkil edilir. Olimpiadalar səviyyəsində yarışmalar təşkil edilən Buz Rəqsi, Cütlər, Təklər növlərdən başqa xeyli çox dəyişik şəkildə icra edilə bilər (dördlü ya da 10-12 şəxsiyyət qruplar halında). == Fiqurlu konki sürmə == Bu idman növündən adətən qışda istifadə edirlər. Bu idman növü həm də hobbi ola bilər .Fiqurlu konki sürərkən cüt və tək durmaq olar. Ən əsası isə doğru konki seçimidir. Ən məşhur və yaxşı konki firması JACKSON firmasıdır. Bir çox insanlar konki alarkən ölçü seçimi onlara çətin gəlir.Bu idman növü sizi şəxsi dünyanızdakı kimi hiss etdirir.Hər bir hərəkət çətin gəlsədə ozünüzə inansanız nəticəni gördükdə çox sevinəcəksiniz.Mən özüm də fiqurlu konki sürürəm.Artıq bir ildir ki,ilk addımlarımı atıram.Və sizə deyə biəcəyim odur ki,əgər siz də fiquristka olmağı arzulayırsınızsa heç vaxt "alınmayacaq","bacarmaram" deməyin.Çoxlu məşqlər nəticəsində sizdə hər hərəkət alınacaq.
Ekzotik qayalar
Ekzotik qayalar təbii amillərin – günəşin, yağış və küləyin çökmə və maqmatik dəstəmlərin çıxışlarına fəal erozion təsirinin son məhsuludur. Bu proses nəticəsində müxtəlif kövrəkli süxurlar qeyri-bərabər dağılmaya məruz qalır və onların daha davamlı fraqmentləri çox vaxt ağlagəlməz dərəcədə qəribə görkəm alır. Ekzotik qayalar Azərbaycan Respublikasının bütün dağlıq-qırışıqlıq regionlarında, daha çoxu isə Naxçıvan diyarında, Talış dağlarında, Qobustanda, Cənub-Şərqi Qafqazda geniş təmsil olunmuşdur və onları əmələ gətirən süxurların yaşı paleozoydan başlamış müasir dövrə qədərdir. == Üç qardaş daş kompozisiyası == Naxçıvan MR-də Əlincəçayın sol sahilində, Qızılca və Kirnə kəndlərinin arasında yerləşir. Orta eosen tuf-qumdaşlarına atmosfer amillərinin aşınma təsiri nəticəsində yaranmışdır. == Qoşalaşmış Oğlan-Qız qayası == Naxçıvan MR-də Gilançayın sağ sahilində, Başkənddən cənubda eyniadlı yüksəkliyin zirvəsini təşkil edən, relyefdə ifadəli təsir bağışlayan orta eosenə aid aşınmış tuf-qumdaşlarının qalığı. Uzaqdan baxanda bir-birinə tərəf əyilmiş iki adamı xatırladır. == "Sfinks" qayası == Naxçıvan MR-in cənub-şərqində, Nehrəm dərəsinin yamaclarında trias dolomitlərinin eroziya prosesinin təsirinə məruz qalması nəticəsində yaranmışdır. == Göbələyəbənzər "Parağdaş" qaya qalığı == Naxçıvançayın yuxarı axarında, Mahmudoba kəndinin yaxınlığında orta eosen yaşlı tuf-qumdaşlı ayaq üstündə tuf-konqlomerat brekçiyasının qayması yerləşir. == "Gəlinqaya" == Unus və Pəzmərə kəndlərini birləşdirən yoldan yuxarıda yerləşir və qadın fiqurunu xatırladan formada olub orta eosenin vulkanogen süxurlarından təşkil olunmuşdur.
Evli qayalar
Meoto İva (夫婦岩) və ya Evli qayalar – Yaponiyanın Mie prefekturasının Futami sahillərində yerləşən iki qaya parçası. Bu qayalar şimenava adlandırılan qalın iplərlə bir-birinə birləşdirilib. İplərin çəkisi ən azı bir tondur və ildə müxtəlif dini ainlər zamanı dəyişdirilir. Qayalar Futami Okitama məbədinin rahibləri tərəfindən müqəddəs hesab edilir. Şintoizmə görə kaminin yaradıcılarının evliliyini – İzanami və İzanaqini simvolizə edir. Buna görə də qayalar həm də evliliyin simvoludur. Kişini simvolizə etdiyi düşünülən daha böyük qayanın başında torii var. Qayalara tamaşa etmək üçün ən yaxşı fürsət yayda sübh çağıdır. Bu zaman günəşin qayaların arasında doğuşunu izləmək olar. Bir az uzaqlıqda Fuci dağını görmək olar.
Qıvrım qayalar
İnsan fiqurlu şahmat
"İnsan fiqurlu şahmat" şahmatın bir növüdür və burda fiqruları insanlar əvəz edir. İnsan fiqurlu şahmat adətən açıq havada və ya böyük şahmat lövhəsi üzərində oynanılır. İntibah dövrünün sərgilərində tez-tez oynanılırdı. İnsan fiqurlu şahmat səhnə döyüşü təlimi keçmiş aktyorlar tərəfindən xoreoqrafiya səhnələri göstərilir. Həqiqətən fiqurun götürülüb götürülmədiyini fiqur vuranları təmsil edən xoreoqrafiya döyüşçüləri müəyyən edir. Alternativ olaraq fiqurlar "Yaradıcı Anarxizm Cəmiyyəti" tərəfindən istifadə edilən qaydaları izləyərək boks edə bilərlər Kostyumlu insan fiqurlu şahmat 1923-cü ildən Venesiya yaxınlığında, İtaliyanın Marostika şəhərində hər iki ildən bir sentyabrın 2-ci həftəsində səhnələşdirilir. Oyun 1454-cü ildə iki aşiq gənc cənab arasında qadının kimin olmasına qərar vermək üçün oynanılan əfsanəvi oyun anılır. 2004-cü ildə "Metrocon" şirkəti ilk animasiyalı insan fiqurlu şahmat yaratdı və keçirtdi. Bu ilkin ssenari idi və döyüş xoreoqrafiyasından istifadə edilirdi. O vaxtdan etibarən, Bostondan tutmuş Manifest animasiyalarina qədər öz miqyasina görə fərqlənən digər animasiyalar ilə bağlı konvensiyalar şahmat fiqurlarında insanların animasiya və ya videooyun qəhrəmanlarını canlandırdığı insan şahmatını əks etdirdilər.